ABŞ “TikTok”un Çindən alınması üçün müqavilə hazırlayıb

ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin Çinin “ByteDance” şirkətindən alınması ilə bağlı müqavilənin demək olar ki, hazır olduğunu bildirib.

AzPost xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vaşinqton Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətindədir.

“Bizim müqaviləmiz demək olar ki, hazırdır. Yəqin ki, Çindən razılıq alacağıq. Bu, dəqiq deyil, amma ehtimaldır”, – Amerika lideri Nyu Cersiyə gedərkən təyyarəsində jurnalistlərə deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.