ABŞ Türkiyəni ciddi sanksiyalarla hədələdi- AÇIQLAMA

“Türkiyə Rusiya ilə ticarət əlaqələrinə görə ən ciddi sanksiyalara məruz qala bilər”.

Azpost.info xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Brayan Nelson bildirib.

Onun fikrincə, bu halda ən çox zərər çəkən banklar olacaq.

“Son bir ildə Rusiyaya təkrar ixracının nəzərəçarpacaq dərəcədə artması Türkiyənin özəl sektorunu nüfuz və sanksiya risklərinə qarşı xüsusilə həssas edir. Sanksiyalar altında olan Rusiya təşkilatları ilə qarşılıqlı əlaqədə olmaqla türk bankları və biznesləri risk altına düşür. Eyni zamanda onlar G7 ölkələrinin bazarlarına çıxışı itirə bilərlər”, – Nelson deyib.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsindən çıxarılıb

Sonrakı məqalə

Xarici səyyahlar Azıx mağarasında olub