ABŞ Ukrayna müharibəsinin dondurulmuş “Koreya ssenarisini” hazırlayır –“Politico”

ABŞ Ukraynadakı münaqişənin uzun illər üçün dondurulmuş halda saxlanılması ilə bağlı mümkün ssenariyə hazırlaşır. 

Azpost.info bildirir ki, bu barədə “Politico” mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, bu, Koreya yarımadasındakı vəziyyətə bənzəyəcək. Nəşrin yazdığına görə, Ağ Ev münaqişənin uzun müddətə “dondurulması” variantlarını müzakirə edir. Bu zaman Rusiya və Ukrayna ona uyğun olaraq demarkasiya xətlərini razılaşdırılacaq və bu xətti keçməmək barədə öhdəlik götürəcəklər.

“Politico” qeyd edir ki, bu xətlərin rəsmi sərhədlər olması mühüm deyil.

Pentaqondakı mənbə vurğulayıb ki, Ukraynaya son hərbi yardım paketlərinin tərkibi Bayden administrasiyasının daha uzunmüddətli strategiyaya keçidini əks etdirir.  “Koreya stilində dayanma hökumət daxilində və onun xaricində ekspertlər və analitiklər tərəfindən müzakirə olunub” deyə mənbə vurğulayıb.

KXDR və Koreya Respublikasını ayıran demilitarizasiya zonası şimal eninin 38-ci paraleli boyunca uzanır. Onların arasında dövlət sərhədi 1950-1953-cü illər müharibəsindən sonra atəşkəs müqaviləsi ilə müəyyən edilib. Bu iki dövlət arasında sülh müqaviləsi hələ imzalanmayıb.

Nəşr bu ssenarini ən real və mümkün ssenari adlandırır. Münaqişə tərəfləri məğlubiyyəti etiraf etmək niyyətində deyil və Ağ Ev Kiyevin qarşıdakı əks-hücumun “Rusiyaya ölümcül zərbə” vuracağına inanmır.

Müzakirələrdən xəbərdar olan ABŞ rəsmisi nəşrə deyib: “Biz münaqişənin donmuş və ya ərimiş görünməsindən asılı olmayaraq, uzunmüddətli perspektivi planlaşdırırıq”.

Onun sözlərinə görə, əvvəlki aylarda planlaşdırma daha çox “təcili və qısamüddətli” vaxt çərçivələri haqqında idisə, hazırda uzunmüddətli planlaşdırma administrasiya üçün daha çox prioritetdir.

Digər üç mənbə Politico-ya təsdiqləyib ki, hərbi əməliyyatların uzun müddət dondurulması ABŞ-ın hazırlaşdığı ehtimallardan biridir. Onların sözlərinə görə, Vaşinqton Kiyevlə uzunmüddətli təhlükəsizlik əlaqələri, o cümlədən Ukraynanın NATO bloku ilə əlaqələrini də nəzərdən keçirir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya və ABŞ kosmosla bağlı birgə sənəd layihəsi hazırlayıb

Sonrakı məqalə

Qocalmanı gecikdirən yeganə üsul nədir? –