ABŞ ukraynalı qaçqınlar üçün xüsusi statusun müddətini uzadıb

ABŞ hökuməti Ukraynadan olan qaçqınlar üçün müvəqqəti qoruyucu statusun müddətini 2025-ci ilə qədər uzadıb.

Azpost.info xəbər verir ki, bu, il yarım ərzində ABŞ rezidenti olmuş ukraynalıların bu statusu əldə etmələrini asanlaşdıracaq.

“Daxili Təhlükəsizlik Departamenti Ukraynada davam edən silahlı münaqişə və şəxslərin təhlükəsiz qayıtmasına mane olan fövqəladə və müvəqqəti şərtlər səbəbindən Ukraynanın Müvəqqəti Mühafizə Statusunun 20 oktyabr 2023-cü ildən 2025-ci il aprelin 19-dək uzadıldığını elan edib”, – məlumatda deyilir.

Bu, 26 mindən çox ukraynalıya statusunu saxlamağa, 166,7 minə yaxın ukraynalıya isə ərizə ilə müraciət etməyə imkan verəcək.

Azpost.info

Əvvəlki məqalə

Füzuli şəhərinə yola salınmış ilk köç mənzil başına çatıb –

Sonrakı məqalə

Rusiyada azərbaycanlı professor Akif İbrahimov həbs edilib