ABŞ Ukraynaya HIMARS istehsalı üçün ayrıca zavod tikəcək

Birləşmiş Ştatlar HIMARS reaktiv buraxılış sistemlərinə sursat istehsalı üçün ayrıca zavod tikməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Zavodun Sidneyin kənarındakı hərbi bazanın ərazisində tikilməsi planlaşdırılır.

Ukraynada və Yaxın Şərqdə sursatların sürətlə tükənməsi ABŞ müdafiə sənayesinin ehtiyatlarını tez bir zamanda doldurmaq imkanlarını çətinləşdirib. Co Bayden administrasiyası müttəfiq ölkələrdə raket istehsalı üçün bir neçə əlavə istehsal xətti yaratmağa çalışır.

Nəşrin məlumatına görə, HIMARS sursatının ilk partiyası qismən ABŞ-dakı zavodda yığılacaq, sonra isə Avstraliyada yekun montajdan keçəcək. Avstraliya istehsalı olan on raketin ilk partiyasının sınaqlarına 2025-ci ilin sonunda başlanması planlaşdırılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.