ABŞ Ukraynaya və Orta Asiyaya 1,5 milyard dollar yardım ayırır

Ağ Ev Ukraynaya, eləcə də Avropa və Mərkəzi Asiyaya 1,6 milyard dollar məbləğində yardım nəzərdə tutan büdcə layihəsini təqdim edib.

TASS   xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bundan əvvəl Co Bayden administrasiyası Dövlət Departamenti vasitəsilə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə 788,9 milyon dollar məbləğində yardım göstərməyi planlaşdırırdı.

Məqsəd regionda Ukrayna kimi qeyri-sabitlik təhlükəsi ilə üzləşən ölkələrə yardım etməkdir.

Bundan əlavə, layihəyə Ukraynadakı hadisələrin nəticələri ilə əlaqədar kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində ikitərəfli proqramlar üçün 1 milyard dollardan çox vəsait də daxildir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.