ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb- 400 milyon dollarlıq

Pentaqon Ukraynaya hərbi yardım üçün daha 400 milyon dollar ayırıb.

Azpost.info xəbər verir ki, Kiyevə ayrılan bu yardım prezident Co Baydenin hakimiyyəti dövründə sayca 43-cüdür.

Yardım paketinə hava hücumundan müdafiə üçün əlavə sursat, artilleriya mərmiləri, zirehli texnika və tank əleyhinə silahlar daxildir.

“Vaşinqton Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq perspektivlərini də nəzərdən keçirir. Əgər əvvəllər ABŞ hakimiyyəti əks-hücumun uğurunun Rusiyanı danışıqlar zamanı güzəştə getməyə məcbur edəcəyinə ümid edirdisə, indi Ağ Ev özünü uzunmüddətli qarşıdurmaya hazırlayır”, – “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən yazır.

Azpost.info

Əvvəlki məqalə

Həbsdə olan sabiq icra başçısı azadlığa buraxılıb

Sonrakı məqalə

Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilən əməliyyatın detalları