ABŞ ÜST-ü maliyyələşdirməkdən imtinasının səbəbini açıqladı:

"Onlar bunu etmədilər”
15 Aprel 2020 - 11:01

ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı yaranmış vəziyyətdə vəzifəsini icra etməyib.

Bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bizə suallara cavab, bizə şəffaflıq lazımdır. Bizə lazımdır ki, ÜST öz işini görsün, öz funksiyalarını yerinə yetirsin – dünya qlobal səhiyyə miqyasında nə baş verdiyi barədə dəqiq, vaxtında, effektiv, etibarlı informasiya ilə təmin olunsun. Lakin onlar bunu etmədilər”, – deyə dövlət katibi vurğulayıb.   

Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST-ü maliyyələşdirməsini dayandırdığını bildirib. Tramp qeyd edib ki, ÜST koronavirus barədə vaxtında informasiya verməyib, həmçinin həqiqəti dünya ictimaiyyətinə çatdırmayıb.