ABŞ və Britaniya 7 Rusiya vətəndaşına sanksiya tətbiq etdi- DETALLAR

ABŞ və Böyük Britaniya hakerlikdə şübhəli bilinən 7 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün Birləşmiş Ştatlar Böyük Britaniya ilə koordinasiyada Rusiyada yerləşən cinayətkar “Trikbot” kiberqrupunun üzvləri olan yeddi şəxsi sanksiya siyahısına daxil edib”, – məlumatda deyilir.

ABŞ dövlət katibinin müavini Brayan Nelson bildirib ki, kibercinayətkarlar, xüsusən də Rusiyada yerləşənlər kritik infrastruktura hücum etmək, ABŞ bizneslərini hədəf almaq və beynəlxalq maliyyə sistemindən istifadə etmək istəyiblər.

Onun sözlərinə görə, “Trickbot” qrupunun üzvləri ABŞ, Britaniya, müttəfiqlər və tərəfdaşlara qarşı zərərli kiberfəaliyyətlə sərbəst şəkildə məşğul olurlar: “ABŞ və Britaniya kibercinayətkarlığa qarşı qlobal mübarizədə liderdir və kibertəhlükələrdən qorunmaq üçün bütün mövcud səlahiyyət və vasitələrdən istifadə etməyə hazırdır”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə 20 yük maşını yola düşüb

Sonrakı məqalə

“Rusiyanın aktivlərinin Ukraynaya verilməsi qanuni və ədalətlidir”