ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı:"Mövcud olan bütün nəqliyyat vasitələri ilə çıxın!"

“Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər”.

“RİA Novisti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“ABŞ vətəndaşları Ukraynaya səyahət etməməlidir. Ukraynada olanlar mövcud olan bütün nəqliyyat vasitələri ilə oranı tərk etməlidir”, – deyə bəyanatda qeyd olunur.

Dövlət Departamenti xəbərdarlıq edib ki, ABŞ hakimiyyəti hər an başlaya biləcək hərbi əməliyyatlar zamanı öz vətəndaşlarını Ukraynadan çıxara bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Amerikalılar və ruslar bir-birinə atəş açsalar, müharibə başlayacaq” –

Sonrakı məqalə

İtaliyada 150 mindən çox insan koronavirusun qurbanı olub