Prezident Nikolas Maduro hökuməti ölkə müxalifəti ilə azad seçkilər keçirmək barədə razılığa gələndən sonra Vaşinqton Venesuelanın neft, qaz və qızıl hasilatı sektorlarına qarşı sanksiyaların ləğv edib.
Azpost.info xəbər verir ki, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı və ixracı məhdudlaşdıraraq qiymətləri artırmağa müvəffəq olduğu bir vaxtda ABŞ dünya neft bazarına tədarükü artırmağa çalışır.
Bununla belə, Venesuelanın neft sektoru xroniki sərmayə çatışmazlığı, korrupsiya və sanksiyalar səbəbindən ağır vəziyyətdədir, ona görə də o, yaxın gələcəkdə hasilatı yalnız məhdud dərəcədə artıra biləcək.
Azpost.info