Avropa İttifaqı və ABŞ Ermənistan və Azərbaycana vasitəçilik səylərini sırımağa çalışmaqla Cənubi Qafqazda sabitliyi pozur.
Azpost.info TASS-a istindən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının iclasında çıxışında bildirib.
“Avropa İttifaqı indi öz vasitəçilik xidmətlərini Azərbaycan və Ermənistana sırımaqla, ABŞ-la birgə Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxarır”-deyə Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.
“İndi Brüssel Vaşinqtonla birgə Azərbaycan və Ermənistana vasitəçilik xidmətlərini sırımaq cəhdi Cənubi Qafqazda sabitliyin pozulmasına aparır” – Lavrov qeyd edib.
“Hazırda İrəvan və Bakı suverenliyin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra etimadın və dinc həyatın möhkəmlənməsinin vaxtı çatıb. Qarabağdakı Rusiya sülhməramlıları buna hər cür yardım edəcək”, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Azpost.info
