ABŞ və Çin müdafiə nazirlərinin Sinqapur görüşü baş tutacaqmı?- “The Financial Times” AÇIQLADI

“ABŞ-ın iyun ayında Sinqapurda keçiriləcək təhlükəsizlik forumunda Pentaqonun rəhbəri Lloyd Ostinlə Çinin müdafiə naziri Li Şanfu arasında görüş təşkil etmək şansı azdır”.

Azpost.info xəbər verir ki, bu məlumatı “The Financial Times” yayıb.

Görüşün təşkili ABŞ-ın 2018-ci ildə Çinin Rusiyadan Su-35 almasına görə Li Şanfuya qarşı tətbiq etdiyi sanksiyalarla çətinləşib. ABŞ Çinə bildirib ki, sanksiyalar Li Şanfunun üçüncü ölkələrdə ABŞ rəsmiləri ilə görüşməsinə mane olmayıb.

“The Financial Times”ın mənbələrinə görə, Li Şanfuya qarşı sanksiyalar qüvvədə qaldıqca Çindən görüş üçün razılıq almaq mümkün olmayacaq.

Bundan əvvəl “Bloomberg” yazmışdı ki, ABŞ Sinqapurda təhlükəsizlik dialoqu çərçivəsində Lloyd Ostin və Li Şanfu arasında görüş təşkil etməyə çalışır. Əgər görüş baş tutsa, bu, fevralda ABŞ-ın Çin hava şarını vurmasından sonra belə yüksək səviyyədə ilk görüş olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.