ABŞ Xameneyinin aradan götürülməsi imkanını nəzərdən keçirir

Xamenei
Xamenei

ABŞ İranın ali dini lideri Əli Xameneyi və onun oğlunun fiziki cəhətdən məhv edilməsi imkanlarını nəzərdən keçirir.

Azpost.info bildirir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası İrana uranı yalnız simvolik şəkildə zənginləşdirməyə imkan verən, lakin bomba əldə etməsinə şərait yaratmayan təklifi nəzərdən keçirməyə hazırdır. “Axios” qeyd edib ki, bununla Vaşinqton və Tehran arasında sazişin əldə olunması üçün kiçik şanslar yaranır.

“Eyni zamanda, Trampa ali liderə birbaşa sui-qəsdi də əhatə edən hərbi variantlar təklif olunub”, – deyə portal qeyd edib. Məlumata görə, belə bir variant həmçinin Xameneyinin xələfi hesab edilən oğlunun da aradan qaldırılmasını nəzərdə tutur.

Nəşrə danışan mənbələr vurğulayıb ki, ABŞ-nin İrana qarşı gələcək addımları ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.