ABŞ-ın Fələstin-İsrail münaqişəsində sülhməramlı rolu Yaxın Şərqi yenidən uçuruma sürükləyib.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, münaqişənin gərginləşməsinin bu regionda “təkbaşına yaxşılıq etmək hüququnu” özünə götürən Vaşinqtonun birbaşa məsuliyyəti olduğunu bildirib.
“Onlar sülhməramlı rolu ilə gəldilər. Bu sülhməramlı rolu bu regionu yenidən uçuruma sövq edib”, – Zaxarova bildirib.
Azpost.info