ABŞ, yoxsa Avropa?- Ukraynaya daha çox kim yardım edib? (RƏQƏMLƏR)

Rusiyanın hərbi təcavüzünə qarşı Ukraynaya yardım edən dövlətlər arasında lider ABŞ-dır.

Azpost.info xəbər verir ki, bu barədə Dünya İqtisadiyyatı İnstitutunun (IfW) hesabatında bildirilir.

Hesabat müəllifləri Kiyevə hərbi, maliyyə və humanitar yardım haqqında məlumatları mütəmadi olaraq izləyirlər.

IfW-nin hesablamalarına görə, bu il yanvarın ortalarına qədər ABŞ Ukraynaya dəstək üçün təxminən 73,1 milyard avro, Avropa İttifaqı isə 54,9 milyard avro ayırıb.

Hesabatda qeyd olunur ki, Almaniya və digər dövlətlər müharibə nəticəsində öz ərazilərində yaranan böhranların aradan qaldırılmasına daha çox vəsait ayırarlar, nəinki Ukraynanın özünə. Məsələn, Almaniya 2022-ci ilin əvvəlindən enerji qiymətlərinin artmasının istehlakçılar üçün nəticələrini yumşaltmaq məqsədilə subsidiya şəklində 250 milyard avrodan çox vəsait ayırıb.

İfW ekspertləri bildirirlər ki, digər Aİ dövlətlərinin hökumətləri öz ölkələrində tədbirlərə dəstək üçün Ukraynaya ayırdıqları vəsaitdən orta hesabla 10 dəfə çox vəsait ayırmağa söz verirlər.

O da qeyd olunur ki, ABŞ və Aİ indiyədək Kiyevə vəd edilən maliyyə yardımının yalnız yarısını köçürüb.

Azpost.info

Əvvəlki məqalə

Xalq artisti Ramiz Novruz “Qurd Qapısı”nda dəfn olunacaq

Sonrakı məqalə

Sabah hava necə olacaq?