ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının dərhal istefaya göndərilməsini tələb edir və bunun üçün Ukrayna hakimiyyətinə təzyiq göstərir.
Azpost.info bildirir ki, bu barədə “Le Temps” qəzeti Ukrayna müdafiə nazirliyindəki mənbəyə istinadən yazır.
“Mən öz qulaqlarımla eşitdim ki, Amerikanın yüksək rütbəli hərbi məmurları Valeri Zalujnının ciddi problem yaratdığını, hətta onun Ukraynanın ABŞ-dan davamlı hərbi yardım almasına əngəl törətdiyini deyiblər”, – nəşr adının açıqlanmayan ukraynalı həmsöhbətindən sitat gətirir.
Materialda deyilir ki, Zalujnı döyüş meydanında fəlakətli vəziyyətə gətirib çıxaran çoxlu sayda səhvlərə yol verib. Pentaqonun məlumatına görə, baş komandan kifayət qədər texnika tələb etməyib və rus qoşunlarının müqavimətini zəif qiymətləndirib.
Həmçinin ABŞ-ın təzyiqinə səbəb Vladimir Zelenskinin Rusiya və Ukrayna arasında mümkün danışıqlarda kompromis əldə etməyə ən çox meylli olması olub. Ağ Ev hesab edir ki, Valeri Zalujnı onun mövqeyi ilə razı deyil və əraziləri ələ keçirmək üçün mübarizəni davam etdirməyi planlaşdırır.
Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl bildirib ki, o, Müdafiə Nazirliyindən təkcə Ali Baş Komandan Valeri Zalujnı deyil, bir sıra digər yüksək rütbəli məmurları da vəzifəsindən azad etməyi planlaşdırır.