Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların qrafikində dəyişiklik ediləcək

Orkhan Ali 16 Fevral 2024 - 14:46 (Last updated: 21 May 2025 - 20:15)
1708071984713925489_1200x630

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət cədvəlini optimallaşdırır.

ADY-dən bildirilib ki, yenilənmiş hərəkət cədvəli Bakı – Sumqayıt – Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq.

Fevralın 22-dən etibarən sözügedən marşrut üzrə qatarların hərəkət qrafikində aşağıdakı dəyişikliklər edilir.

Qeyd edək ki, fevralın 22-dən tətbiq ediləcək yeni qrafikə əsasən ekspres qatar Sumqayıt stansiyasında beşinci yoldan hərəkətə başlayacaq.

Yeni qrafikə əsasən ekspres qatar Bakıdan saat 06:52-də (köhnə qrafiklə saat 06:50) yola düşəcək və vaqonlarının sayında artım olduğundan Sumqayıt stansiyasında fərqli platformada – beşinci yolda qəbul ediləcək. Eyni zamanda Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 7:00-da (köhnə qrafiklə saat 07:05), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 8:45-də (köhnə qrafiklə saat 08:40), Sumqayıtdan Xırdalan istiqaməti ilə çıxan qatar isə saat 9:40-da (köhnə qrafiklə saat 09:35) yola düşəcək.

Səhər saatlarında fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə edilmiş minimal dəyişikliklər sərnişinlərin qatarlara vaxtında çatması və rahat minib-düşməsi üçün imkan yaradacaq.

Həmçinin sərnişinlərin rəy və təklifləri nəzərə alınaraq axşam reyslərinin cədvəlində də müvafiq dəyişikliklər edilib. Belə ki, saat 18:05-də Bakıdan Sumqayıta yola düşən ekspres qatarın hərəkəti saat 18:10-a dəyişdirilib. Eyni zamanda yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Xırdalan istiqaməti ilə çıxan qatar saat 18:25-də (köhnə qrafiklə saat 18:20), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 19:10-da (köhnə qrafiklə saat 19:02), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 20:10-da (köhnə qrafiklə saat 20:05), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan ekspres qatar isə saat 18:58-də (köhnə qrafiklə saat 19:20) yola düşəcək.

Post navigation

Previous: Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib
Next: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası erməniləri məyus edib

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.