Abşeronda kişi özünü 14-cü mərtəbədən atıb

Abşeronda intihar hadisəsi baş verib.

Hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır. (APA)

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyənin yeni Konstitusiyası 128 maddədən ibarət olacaq” –

Sonrakı məqalə

Azərbaycanda Aİ-95 və Aİ-98 benzini bahalaşıb –