ABŞ Nümayəndələr Palatası 3 trilyon dollarlıq yardım paketini qəbul edib

ABŞ-ın Nümayəndələr Palatası koronavirusdan zərərçəkənlərə 3 trilyon miqdarında yardım göstərmək barədə qanun layihəsini qəbul edib. Demokratlar tərəfindən hazırlanmış qanun layihəsi amerikalılara koronavirusa qarşı mübarizə aparmaq və pandemiyanın yayılmasından zərər çəkmiş qeyri-sabit iqtisadiyyatın stimullaşdırılmasını nəzərdə tutur.

Azərtac xəbər verir ki, qanun layihəsinin lehinə 208, əleyhinə isə 199 konqresmen səs verib. Prezident Tramp qanun layihəsi ilə bağlı artıq öz narazılığını bildirib və çox güman ki, bill respublikaçıların nəzarətində olan Senat tərəfindən qəbul olunmayacaq.

Qeyd edək ki, bundan əvvəl Konqresdəki respublikaçılar və Prezident pandemiya dövründə kiçik biznesin qorunması məqsədilə yeni tədbirlərin və əlavə vergi güzəştləri tətbiq etməyin vacibliyini söyləmişdilər. Lakin Senatın bu qanun layihəsini qəbul edəcəyi ciddi şübhələr doğurur. Buna baxmayaraq, demokratlar tərəfindən atılmış bu addımın respublikaçılar və Donald Trampla danışıqların yeni mərhələsinə zəmin yaradacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ danışıqlarındakı köhnə sənədlər qəbuledilməzdir” –

Sonrakı məqalə

Karantin dövründə sosial xidmətlər göstərən işçilərin dairəsi artırlıb –