Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

AÇG və “Şahdəniz”dən indiyədək çıxarılmış neft və qazın həcmi açıqlanıb

User 13 Fevral 2025 - 12:12 (Last updated: 21 May 2025 - 20:15)
neft

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2025-ci il tarixinədək burada 651,9 mln. ton neft (kondensatla birlikdə), 469,6 mlrd. kubmetr qaz hasil edilib.

“APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə AÇG-dən 602,9 mln. ton neft, 230,8 mlrd. kubmetr qaz, “Şahdəniz”dən isə 49 mln. tona yaxın kondensat, 238,8 mlrd. kubmetr qaz çıxarılıb.

“Bundan 1 fevral 2025-ci il tarixinədək 650 mln. tona yaxın neft, 171 mlrd. kubmetr qaz ixraca nəql edilib”, – məlumatda qeyd olunur.

Məlumata görə, 2025-ci ilin yanvar ayında respublikada 2,3 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 1,3 milyon tonu AÇG-nin, 0,3 mln. tonu (kondensat) “Şahdəniz”in, 0,05 mln. tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 mln. ton təşkil edib.

Ötən ay ərzində 2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 mln. tonu konsorsiumların, 0,25 mln.tonu SOCAR-ın, 0,05 mln. tonu isə “Abşeron” yatağının payına düşüb.

Bildirilir ki, 2025-ci ilin yanvar ayında respublikada 3,9 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 mlrd. kubmetri AÇG-nin, 2 mlrd. kubmetri “Şahdəniz”in, 0,1 mlrd. kubmetri “Abşeron” yatağının, 0,7 mlrd. kubmetri SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 2 mlrd. kubmetr təşkil edib. Bundan 1 mlrd. kubmetr Avropaya, 0,7 mlrd. kubmetr Türkiyəyə, 0,3 mlrd. kubmetr Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 mlrd.kubmetr qaz nəql olunub.

Post navigation

Previous: NATO Baş katibindən Tramp- Putin danışıqlarına reaksiya
Next: Müdirini öldürdü, evakuatorla qaçdı

Oxşar xəbərlər

avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti düşdü – Azərbaycanda qiymətlər ucuzlaşacaq?

User 18 Noyabr 2026 - 10:39
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.