Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Acı yeməkdən yaranan “yanğını” dərhal söndürən yeganə məhsul

Orkhan Ali 17 Aprel 2026 - 15:26 (Last updated: 17 Aprel 2026 - 15:12)
Dam

Acı və tünd dadlı yeməklərin həvəskarları bu hissi yaxşı bilirlər: ehtiyatsızlıqdan yeyilən bir parça çili bibəri — və ağız sanki əsl alovun içində qalır. İlk təbii reaksiya bir stəkan soyuq suya əl atmaqdır. Lakin alimlər xəbərdarlıq edir: bu, belə bir vəziyyətdə edilə biləcək ən pis səhvlərdən biridir.

AzPost American Chemical Society-nin araşdırmasına istinadən, acı yeməyin ağızda yaratdığı yanğı hissini əslində hansı məhsulların neytrallaşdıra biləcəyini izah edir.

Acı yemək sevənlər bilməlidir ki, yanğı hissini kapsaisin maddəsi yaradır. Bu, acı bibərin tərkibində olan yağlı bir birləşmədir. Onun nə dadı, nə də qoxusu var, lakin insan orqanizmini aldatmaq kimi unikal bir qabiliyyətə malikdir.

Məsələ burasındadır ki, kapsaisin ağız boşluğundakı istilik və ağrıya cavabdeh olan xüsusi reseptorlara — TRVPI-ə təsir edir. Bu reseptorlar normalda isti yeməyə və ya qaynar suya reaksiya verir, lakin kapsaisin onları “aldadaraq” beynin yanıq baş verdiyini düşünməsinə səbəb olur. Cavab olaraq orqanizm müdafiə reaksiyasını işə salır: yanğı, göz yaşı, tər tökmə və dərhal nə isə içmək istəyi yaranır.

Görünür ki, su qıcıqlandırıcını yuyub aparmalıdır, lakin təcrübədə əks proses baş verir, çünki kapsaisin suda həll olmur.

Beləliklə, insan acı yeməyin üstündən su içdikdə, su bu maddənin molekullarını bütün ağız boşluğuna yayaraq qıcıqlanma sahəsini daha da genişləndirir. Nəticədə yanğı daha da güclənir və uzun sürür.

Kapsaisin üçün ən yaxşı antidot süd və süd məhsullarıdır. Və bu, sadəcə xalq məsləhəti deyil, təmiz kimyadır. Südün tərkibində kazein var — bu zülal kapsaisin molekullarını “bağlamaq”, onları reseptorlardan yuyub aparmaq və təsirini neytrallaşdırmaq qabiliyyətinə malikdir.

Yeri gəlmişkən, kapsaisin yağlarda həll olunduğu üçün, tam yağlı süd ağrını yağsız südlə müqayisədə daha tez aradan qaldırır.

Süddən başqa daha nə kömək edə bilər?

Əgər əlinizin altında bir stəkan süd yoxdursa, mütəxəssislər tərkibində süd yağları və ya şəkər olan digər məhsullara diqqət yetirməyi tövsiyə edirlər:

  • Dondurma: Kazeinin təsirini və aşağı temperaturu özündə birləşdirərək anidən rahatlıq verir.

  • Yoqurt və ya xama: Yağlı süd məhsulları süd ilə eyni prinsiplə işləyir.

  • Şəkər və ya bal: Onlar kapsaisini həll etməsələr də, şəkərlər beyinə gedən ağrı siqnalını qismən “boğa” bilir.

Beləliklə, əgər çili bibəri, acı sous və ya karri ilə yemək hazırlayırsınızsa və ya autentik hind və ya meksika restoranına gedirsinizsə, süd məhsullarını hazır saxlayın. Bu, ağrılı fəsadlar olmadan daddan həzz almağın yeganə yoludur.

AzPost.az

Post navigation

Previous: Qaraciyəri sağlam saxlayan 3 ən effektiv yol –
Next: İran ABŞ-la savaşa ötən ilin noyabrından hazırlaşıb –

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

hava yaqis
  • Sosial

Sabaha olan hava proqnozu

User 15 Noyabr 2026 - 12:37
Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron...
Read more about Sabaha olan hava proqnozu
İlham Əliyev Fələstin prezidentini təbrik edib ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.