Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Adapteri qaytardım, 1 aydır cavab yoxdur”

Orkhan Ali 29 İyul 2025 - 11:48 (Last updated: 29 İyul 2025 - 11:25)
Birmarket

Birmarket

Birmarket onlayn platformasından məhsul alan müştəri keyfiyyətsiz malların geri qaytarılması ilə bağlı yaranan ləng prosesə görə şikayətçidir.

AzPost  xəbər verir ki, sosial şəbəkə istifadəçisi Amil Dostalıyev platformadan iPhone adapteri aldığını və məhsulun nasaz çıxmasından sonra geri qaytarılma proseduruna başladığını bildirib. Müştəri məhsulu təhvil verdikdən sonra artıq 1 ay keçməsinə baxmayaraq, hələ də heç bir nəticə əldə edə bilmədiyini qeyd edib:

“Özləri yazıblar ki, diaqnostika prosesi maksimum 14 gün çəkir. Amma bu gün 30 gündür gözləyirəm və yenə deyirlər ki, məhsul diaqnostikadadır. Sanki kosmik gəmi diaqnostika olunur.”

Amil Dostalıyev əlavə edib ki, bu cür halların təkrarlanması Birmarket-dən alış-veriş edən vətəndaşların etimadını sarsıdır:

“Nə məhsulu geri alıram, nə də pulumu. Bəlkə də bundan sonra Birmarketdən nəsə almaq risklidir.”

Qeyd edək ki, Birmarket – əvvəllər Umico Market adı ilə tanınan platformadır və son aylarda adı dəyişdirilərək yeni brend altında fəaliyyət göstərir.

Hazırda platforma tərəfindən bu konkret şikayətə dair ictimai cavab verilməyib. Hüquqşünaslar isə bildirirlər ki, istehlakçıların aldadılması və ya xidmətin gecikdirilməsi ilə bağlı hallar üzrə vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şəkildə müraciət edə bilərlər.

AzPost.az

Post navigation

Previous: PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Next: Qubada günlük istirahət üçün ev adı ilə pul alıb sonra blok etdi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
İsraildə bülletenlərin 84,5%-i sayılıb.   Son məlumata görə, Netanyahunun “Likud” partiyası parlamentdə 27, Qadi Ayzenkotun “Yaşar” partiyası isə...
Read more about İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır” putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.