ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6.9%-dən 6.8%-ə endirib.

Bank 2025-ci il üçün regionun inflyasiya proqnozunu isə 6.2% olaraq saxlayıb.

Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda aşağı inflyasiyanı əks etdirir.

“Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında dəyişiklik yoxdur” – ADB əlavə edib.

Qeyd edək ki, ADB bu ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.