ADY bəzi qatarların gecikməsinin səbəbini açıqlayıb

Bu gün Sumqayıtdan saat 8:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, sentyabrın 15-dən şəhərətrafı ictimai nəqliyyat olaraq sürət elektrik qatarları ilə təhlükəsizlik qaydalarının müəyyən etdiyi hədd çərçivəsində gündəlik təxminən 30 minə yaxın sərnişin daşınır:

“Biznes vaqondan ekonom vaqon kimi istifadə, yeni tədris ilinin başlanması ilə əlaqədar qrafikin optimallaşdırılması gündəlik olaraq əlavə 4 minə yaxın sərnişinin qatarlarımızla mənzil başına çatdırılması üçün imkan yaradır ki, bu da pik saatlarda sərnişindaşımada sıxlıqların müşahidə olunmasına səbəb olur.

Sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar yaşanır və bəzi hallarda qatarlar Bakı Dəmiryol Vağzalına 3-5 dəqiqə arası gecikmə ilə çata bilir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.