Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ADY-dən Bakı–Tbilisi biletləri ilə bağlı VACİB açıqlama

User 24 İyun 2026 - 10:37 (Last updated: 24 İyun 2026 - 10:37)
ady

ady

Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz.

“Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov sosial şəbəkələrdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin vasitəçilər və turizm şirkətləri tərəfindən toplu şəkildə alınıb yenidən satılması ilə bağlı iddialara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, sosial mediada yayılan elan və paylaşımlar, eləcə də satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi izlənilir və təhlil edilir: “Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir”.

Azər Fərəcov qeyd edib ki, sosial şəbəkələrdəki iddialardan biri də Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır: “Bir məqamı da qeyd edim ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər. Məsələn, 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib. Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarında satılıb”.

AzPost.az

Post navigation

Previous: Bakı-Tbilisi qatarları üzrə bilet satış müddəti 90 günə qədər artırılır
Next: Buğda, şəkər və yağ bahalaşa bilər

Oxşar xəbərlər

felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
usaq itkin
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.