AEBA Azərbaycana 1,5 milyon dollarlıq hədiyyə verib

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində Sterilizasiya Məqsədli Qamma Şüalanma Qurğusu və laboratoriya vasitələri hədiyyə edib”.

Bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, qurğu MAGATE ilə birgə həyata keçirilən layihə çərçivəsində təqdim olunub: “Bu qurğu ilə müxtəlif ləvazimatların – birdəfəlik şpristlərin, dərmanların, qabların sterilizasiyasını həyata keçirmək mümkündür. Dünyada bu qurğudan həmçinin bəzi qida məhsullarının, ədviyyat və quru meyvələrin sterilizasiya üçün istifadə edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Quranda adı keçən Əbabil quşları boş olan Kəbə Evi ətrafında dövrə vurdular –

Sonrakı məqalə

Siyavuş Novruzov: