Afaq Məsudun “Azadlıq” romanı Macarıstanda nəşr olunub

Macarıstanın nüfuzlu “Narkut Kiado” nəşriyyatı tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun macar dilinə çevrilmiş “Azadlıq” (“Szabadulás”) romanını nəşr edib. Əsəri türk dilindən (“Azatlık”, “Zengin yayıncılık” nəşriyyatı – 2018) macar dilinə tanınmış macar tərcüməçisi Laura Pal çevirib.

2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən “Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran aparıcı nəşriyyatlardan biri kimi tanınır.

Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir