Afrika İttifaqı G20-yə daxil olacaq- Daimi üzv kimi (“Bloomberg”)

Afrika İttifaqı dünyanın aparıcı ölkələri qrupuna – G20-yə daxil olacaq.

Azpost.info xəbər verir ki, “Bloomberg” yazır ki, G20 onu daimi üzv kimi qəbul etmək qərarına gəlib.

Mənbənin sözlərinə görə, G20 liderləri bu barədə sentyabrın 9-10-da Dehlidə keçiriləcək sammit zamanı məlumat verəcəklər.

İndi Afrika İttifaqı “dəvət olunmuş beynəlxalq təşkilat” statusuna malikdir. “Bloomberg”ə görə, bundan sonra o, Avropa İttifaqı kimi G20-nin işində tam iştirak edə biləcək.

G20-nin qərarı inkişaf etməkdə olan ölkələri, xüsusən Afrika ölkələri də daxil olmaqla Qlobal Cənub ölkələrini beynəlxalq gündəliyin müəyyən edilməsində daha fəal iştiraka cəlb etmək prosesinin bir hissəsidir.

Afrika İttifaqı – 55 Afrika dövlətini birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır. 2002-ci ildə yaradılıb. Onun məqsədi Afrika dövlətlərinin birliyini və həmrəyliyini gücləndirmək, onların suverenliyini və ərazi bütövlüyünü qorumaq, siyasi və sosial-iqtisadi inteqrasiyanı sürətləndirmək, qitə və onun xalqlarını maraqlandıran məsələlərdə ümumi mövqeləri müdafiə etməkdir. Ən mühüm qərarların qəbul edildiyi Afrika İttifaqı Assambleyası altı aydan bir keçirilir.

Azpost.info

Əvvəlki məqalə

Prezident Türk Dövlətləri Təşkilatının nazirlərini qəbul edib –

Sonrakı məqalə

“Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanacaq”