Afrika ölkələrinin prezidentləri Rusiyaya gəlib –Putinlə görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun plenar iclasında çıxış edəcək.

Azpost.info bildirir ki, Forum Sankt-Peterburqda 27-28 iyul tarixlərində Sankt-Peterburqda  baş tutacaq. Sammitin sonunda Rusiya-Afrika əməkdaşlığının inkişafına və beynəlxalq arenada qarşılıqlı fəaliyyətini müəyyən edəcək yekun bəyannamənin qəbulu planlaşdırılır.

Putinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, plenar iclasda Rusiya lideri beynəlxalq münasibətlər sisteminin hazırkı vəziyyətini, o cümlədən yeni dünya nizamının formalaşmasını qiymətləndirəcək geniş nitqlə çıxış edəcək.
Əsas diqqət Afrika ölkələrinin milli suveren inkişafına, ərzaq, gübrə, müasir texnologiyalar və enerji resurslarına ədalətli çıxışın təmin edilməsinə və Rusiya ilə Afrika arasında əlaqələrin gələcək inkişaf perspektivlərinə yönəldiləcək.

Rusiya-Afrika sammitində Afrika qitəsinin 17 dövlət başçısının iştirakı gözlənilir. Putin onların hər biri ilə görüşməyi planlaşdırır. Ümumilikdə, Sankt-Peterburqa Afrikanın 49 ölkəsindən nümayəndə heyətləri gələcək.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada saytlarda qeydiyyat üçün pasport tələb olunacaq –

Sonrakı məqalə

Qaxda bəy öz toyunda nişanlısının keçmiş sevgilisini bıçaqladı