Ağ Evin həkimi Preziden Baydenin xəstəliklərini açıqlayıb

ABŞ prezidenti Co Baydenə ilk dəfə obstruktiv yuxu apnesi diaqnozu qoyulub.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin həkimi, terapevt Kevin O’Konnor Amerika liderinin illik müayinəsinin nəticələrini açıqlayarkən deyib.

Bundan əlavə, 81 yaşlı Amerika liderinin əvvəllər müəyyən edilmiş bir sıra xəstəlikləri, o cümlədən atrial fibrilasiya, periferik neyropatiya, hiperlipidemiya, qastroezofagial reflüks və artrit var.

Bayden həmçinin mövsümi allergiyadan əziyyət çəkir. Ona yuxarıda göstərilən bütün xəstəliklərin müalicəsi üçün dərmanlar təyin edildi.

Əvvəllər O’Konnor belə qənaətə gəlmişdi ki, Bayden ABŞ prezidentinin vəzifələrini tam və istisnasız yerinə yetirmək iqtidarındadır. Həkim onu ​​“sağlam, aktiv və güclü insan” adlandırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Teleqram kanal sahibləri reklam gəlirlərinin 50 faizini əldə edə biləcək

Sonrakı məqalə

Alman əsgərləri Ukrayna cəbhəsinə göndərilməyəcək –