Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ağackəsməyə görə cəzalar sərtləşdi HƏBS

Orkhan Ali 29 Dekabr 2024 - 22:05 (Last updated: 21 May 2025 - 20:15)
67715d848f89667715d848f897173548275667715d848f89467715d848f895

Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişib, cəzalar sərtləşdirilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər:

-təkrar törədildikdə;

-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

-külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bu müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilməyəcək. Bu “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşüləcək.

Post navigation

Previous: Cənubi Koreyada təyyarə qəzasının üç ilkin versiyası açıqlanıb
Next: Qəzaya uğrayan təyyarənin qara qutularını bu ölkəyə göndəriləcək

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
Azərbaycanda iş axtaranların qarşısında əsas suallardan biri budur: hansı sahəyə üz tutmaq daha məqsədəuyğundur və yaxın illərdə...
Read more about Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.