Ağacları kəsən şirkət cəzalandırılıb

Ağac
Ağac

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə AzPost Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır:

“Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün “Ailə park” MTK-ya tapşırıq verilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.