Ağamalı Sadiq Əfəndinin oğlu vəfat edib

Abşeronda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, rayonun Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Əfəndiyev Nofəl dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir Ağamalı Sadiqin oğludur. O, 1-ci Qarabağ müharibəsi qazisi idi.

Nofəl Ağamalı oğlu sabah Qazaxın Qaymaqlı kəndində, mərhum atası, şair Ağamalı Sadiq Əfəndinin yanında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə 17 yaşlı tələbə bıçaqlanıb

Sonrakı məqalə

“Facebook” şirkətinin adı dəyişdi