Ağdamda ilan sürüsü yaşayış evinə dolub- FOTO

Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, ilan sürüsü Ağdam rayon Əhmədavar kəndindən məcburi köçkün düşən  Zahir Zeynalovun evinə basqın edib. Kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olub.

Z.ZeynalovAPA-ya açıqlamasında bildirib ki, aidiyyəti qurumlar evdə dərmanlama işləri aparsa da, ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetr olan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb. Ev sahibi hələ də evdə ilan olduğunu deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Sonrakı məqalə

“Pandemiya səbəbindən Azərbaycan iqtisadiyyatı gündə 120-150 milyon manat itirir” –