Ağdamın sabiq rəhbəri Sadıq Murtuzayev 94 yaşında vəfat edib

SSRİ dövründə uzun müddət Azərbaycanın partiya-təsərrüfat işlərində çalışmış Sadıq Murtuzayev vəfat edib.

Bu barədə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycanın dəyərli şəxsiyyətlərindən biri, Qarabağsevər, vətənsevər Sadıq Murtuzayev haqq dünyasına qovuşdu. Onunla təxminən bir həftə əvvəl danışmışdım. “Ən böyük arzum Ağdamı, Şuşanı görməkdir! Var gücümü bu arzuya səfərbər etmişəm, demişdi. Nə yaxşı ki, bu arzusuna Ağdamı, Şuşanı azad eşidərək çatdı!”, – deyə Asif Mərzili qeyd edib.

S.Murtuzayev 1927-ci ildə anadan olub.

Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi idi. Vaxtilə Şəki, Abşeron və Ağdam rayonlarında Partiya Komitələrinin birinci katibi vəzifəsində işləyib.

O, respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb.

Akademik İmam Mustafayevlə birgə yazdığı “İmam Şamil” kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Britaniya şirkətləri azad edilmiş ərazilərin inkişafı prosesində iştirak etmək istərdi” –

Sonrakı məqalə

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 53 milyard dolları ötüb