“Britaniya şirkətləri azad edilmiş ərazilərin inkişafı prosesində iştirak etmək istərdi” –Səfir Şarp

“Bu ərazilərin inkişafı Azərbaycan üçün gözəl bir fürsətdir, elə bir şeydir ki, hər hansı ölkə üçün nadir hallarda olur – boş bir vərəqdən başlamaq… Vurğulayım ki, biz Azərbaycan Prezidentinin yaşıl bərpa – yaşıl şəhərlər, bərpa olunan enerji baxışını çox dəstəkləyirik və əminəm ki, BP və Böyük Britaniya şirkətləri bu prosesdə iştirak etmək istərdi”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) APA-ya müsahibəsində Britaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində rekonstruksiya və yenidənqurma prosesində iştirak etməkdə maraqlı olub-olmaması barədə suala cavabında deyib.

Səfir bildirib ki, xüsusi sektorlar baxımından kənd təsərrüfatı, turizm, mədənçilik ən perspektivli sahələr kimi görünür və bu ərazilərdə uzun müddətdir konsessiyalar sahib olan və bu sahələrə çatmağı səbirsizliklə gözləyən Britaniya qeydiyyatlı şirkət – “Anglo Asian Mining” var: “Digər yeni bir xəbər Şotlandiya şirkətinin artıq Füzulidə minalardan təmizləmə fəaliyyətinə cəlb olunmasıdır.

Lakin bunun xarici şirkətlər üçün riskli mühit olduğunu bilmək lazımdır. Nəinki minalar, həm də əhali dəyişikliyi kimi məsələlərdə qeyri-müəyyənliklərin olması, buna görə hökumətin bunu qəbul etməsi və investisiya qoyuluşu üçün stimullar təmin etməsi vacib olacaq. Bu, həm də yalnız fiziki inkişaf məsələsi deyil. İnsan elementini – qadınların rolunu, əlillərə çıxış imkanlarını, təhsili və QHT-lərin və vətəndaş cəmiyyətinin oynaya biləcəyi rolu nəzərə almaq vacibdir. Britaniya münaqişənin təsirinə məruz qalanlara kömək edir və bunu etməyə davam edəcəyini səbirsizliklə gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Virusa qarşı “Sputnik V” vaksini Putinin ciddi qələbəsidir” –

Sonrakı məqalə

Ağdamın sabiq rəhbəri Sadıq Murtuzayev 94 yaşında vəfat edib