Ağdaşda nəşə əkən şəxs saxlanılıb –FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Elnur İsmiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bildiriblər ki, saxlanılan şəxsin Dəhnəxəlil kəndində kultivasiya yolu ilə yetişdirdiyi, ümumi çəkisi 12 kiloqram 575 qram olan 17 çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. E.İsmiyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək

Sonrakı məqalə

DİM abituriyentlərə müraciət edib