Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ağıllı sayğaclar elektrik enerjisi istehlakını 30 faizədək azalda bilər

Orkhan Ali 15 Mart 2024 - 10:41 (Last updated: 21 May 2025 - 20:15)
işiq saygac

Ağıllı elektrik sayğacı, elektrik enerjisi istehlakını məsafədən ölçməklə onun göstəricilərini istehlakçıya və enerji satış şəbəkəsinə ötürən avtomatlaşdırılmış cihazdır. O, istehlakçılara enerji sərfiyyatına dəqiqliklə nəzarət etməyə imkan verir və enerji təchizatı şəbəkəsinin uçot sisteminin dəqiqliyini təmin edir.

“Azərişıq” ASC-dən bildirilib ki, ağıllı sayğaclardan həm əhali, həm də sahibkarlıq subyektləri istifadə edə bilərlər. Ağıllı sayğaclar həm bir fazalı, həm də üç fazalı elektrik şəbəkələrində işləyə bilərlər. Onlar şəbəkə nasazlıqlarını və parametr sapmalarını qeyd edib, borclu şəxsin elektrik enerjisini dayandıraraq, istehlak haqqında ətraflı məlumat toplaya bilərlər. Bu funksionallıq sayəsində istehlakçılar sərf olunan elektrik enerjisinin miqdarını təhlil edə bilərlər.

Ağıllı sayğaclar enerji təchizatı operatorlarına yarımstansiyada və transformator məntəqələrində yaranan problemlərin operativ həlli üçün vacib olan nasazlıqlar, parametrlərdən kənara çıxmaları ötürmək, borclu ödəyicilərin elektrik enerjisini dayandırmaq funksiyasına malikdir. Bu sayğaclar elektrik enerjisi istehlakçılarına verilən enerji resursunun həcmini və keyfiyyətini ətraflı təhlil etməyə imkan verir.

Ağıllı elektrik sayğacları bir sıra üstünlüklərə malikdir, bunlardan biri elektrik istehlakı göstəricilərini əl ilə ötürməyə ehtiyac qalmır. Həmçinin ağıllı sayğac abonentləri məsafədən qoşmaq və ayırmaq, bir neçə tarifi dəstəkləmək, xətdə yaranan problemlərin diaqnostikası və elektrik ustasına zəng etmək zərurəti barədə bildiriş göndərmək kimi bir neçə funksiyanı eyni anda yerinə yetirmək qabiliyyətinə malikdir. Ağıllı sayğaclar aylıq elektrik enerjisi istehlakını 30 faizə qədər azalda bilər.

Beləliklə, ağıllı sayğacların mühüm üstünlüklərindən biri şəbəkədə elektrik enerjisi itkilərinin azaldılmasıdır. Bu sayğacların hesabatları dəqiqlik dərəcəsinə görə seçildiyi üçün elektrik enerjisi itkilərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Post navigation

Previous: Xankəndidə silah və sursat tapılıb
Next: Kiyevdə partlayışlar baş verir

Oxşar xəbərlər

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00

xƏBƏR

iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Restoranın dolu olması həmişə onun yaxşı qazandığını göstərmir. Zalın bütün masaları tutulsa da, ayın sonunda sahibkarın əlində...
Read more about Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.