Xankəndidə silah və sursat tapılıb

Martın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, müxtəlif çaplı 3200 patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 8 ədəd patron təhvil alıblar.

Martın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 21 patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

Əvvəlki məqalə

Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü keçirilir

Sonrakı məqalə

Ağıllı sayğaclar elektrik enerjisi istehlakını 30 faizədək azalda bilər