Ağırçəkili boksçuların reytinqi yenilənib- Lider kimdir?

“BoxRec” statistik portalı ən yaxşı ağır çəkili boksçuların reytinqini yeniləyib.

Siyahıya ukraynalı nüfuzlu döyüşçü Aleksandr Usik başçılıq edir. O, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyir.

Son sıralamada ikinci olan britaniyalı Tayson Fyuri altıncı yerə düşüb. İlk üçlükdə kiçik dəyişikliklər baş verib. Daniel Dübua ikinci yerə yüksəlib. Üçüncü sırada isə Almaniya təmsilçisi Aqit Kabayel qərarlaşıb. O da peşəkar karyerasında heç vaxt məğlub olmayıb. (oxu.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.