Ağzında siqaretlə benzin çənini açdı- Zavodda partlayış

Partlayış
Partlayış

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonu yaxınlığında yerləşən günəbaxan yağı zavodunda ciddi sənaye qəzası baş verib. AzPost xəbər verir ki, hadisə 2025-ci il iyunun 3-də səhər saatlarında Asnobel Günəbaxan Yağı Zavodunda qeydə alınıb.

İlkin məlumatlara görə, zavod işçisi – 27 yaşlı Bəkir adlı şəxs ağzında siqaretlə benzin çəninin qapağını təmizləməyə çalışıb. Sonuncu qapağı açan zaman çənin içindəki qaz qarışığının alovla reaksiyaya girməsi nəticəsində güclü partlayış baş verib.

Partlayış dalğası işçini bir neçə metr aralıya atıb. Hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Zərərçəkmiş müxtəlif dərəcəli yanıq və travmalarla xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır olaraq qalır. Sənaye zonasının rəhbərliyi və müvafiq orqanlar hadisə ilə bağlı araşdırmalara başlayıb. Ekspertlər partlayışın səbəbi kimi işçinin təhlükəsizlik qaydalarına əməl etməməsini göstərir.

Zavodda əməyin mühafizəsi üzrə prosedurların yenidən nəzərdən keçiriləcəyi bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.