Aİ 100-dən çox şirkət və fiziki şəxsi sanksiyalar siyahısına əlavə edəcək

Avropa İttifaqı Rusiyaya qarşı yeni tədbirlər çərçivəsində 100-ə yaxın fiziki şəxs və şirkəti sanksiya siyahısına əlavə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “EUobserver” 11-ci sanksiyalar paketi ilə bağlı təkliflərə istinadən xəbər verir.

Bundan başqa, Rusiyada qalan “Armani”, “Clarins”, “Raiffeisen” kimi xarici şirkətlər ölkədə əldə etdikləri mənfəətin 25 faizinə qədərini ödəmək zərurəti ilə üzləşə bilərlər.

Xatırladaq ki, Moskva Rusiyada hələ də mövcud olan Qərb şirkətlərinə yeni vergi tətbiq edəcək – onlar dividendlərdən 25 faizə qədər vergi ödəməli olacaqlar.

Azpost.info

Əvvəlki məqalə

“Öz arşınınızla ölçməyin, Çindən təhdid görmürük”

Sonrakı məqalə

“Qərb yalnız Zelenskini dinləməyə hazırdır”