Aİ Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız gediş-gəlişi ləğv edəcək

Avropa Komissiyası Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız gediş-gəlişin dayandırılmasını təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Bu gün Avropa Komissiyası Aİ-Gürcüstan arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin bir hissəsinin dayandırılması təklifi ilə çıxış edir. Əgər Aİ Şurası bunu təsdiqləsə, o zaman Gürcüstan diplomatları, rəsmiləri və onların xidməti və ya diplomatik pasportları olan ailələri qısamüddətli viza almalı olacaqlar. Altı ay ərzində 90 günə qədər davam edən müddətli səfərlər… Bu, Gürcüstanda etirazların zorla yatırılmasına cavabdır”, – Komissiyadan bildirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.