Aİ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar hazırlayır.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Sanksiyaların İrandakı etirazların yatırılması, Rusiyaya hərbi texnikanın tədarük edilməsi ilə bağlı olduğu bildirilib.

Sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasına aiddir.

Dekabrın 12-də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə yeni sanksiyalar paketinin imzalanacağı gözlənilir.

Əvvəlki məqalə

Azərbaycanda daha 50 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri