Aİ İranı Rusiyaya raket verdiyinə görə sanksiyalarla hədələyib

Avropa İttifaqı İranın Rusiyaya raket tədarük etməsini pisləyib və Tehranı yeni sanksiyalarla hədələyib.

Azpost.info xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel açıqlama verib.

“Avropa İttifaqı dəfələrlə İranı Rusiyaya ballistik raketlər tədarükü ilə bağlı ciddi xəbərdarlıq edib. İrana qarşı yeni və əhəmiyyətli sanksiyaların tətbiqi ehtimalı var. Siyahıya İranın ballistik raket və dron proqramları ilə bağlı şəxslər və şirkətlər daxil olacaq”, – Borrel bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycana gələn turistlərin sayı 30 faizdən çox artıb

Sonrakı məqalə

“Putinin heç bir sözü Ukrayna ilə bağlı mövqeyimizi dəyişə bilməz”