Avropa İttifaqı pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı ilə məşğul olan İranın dövlət korporasiyası “Iran Aircraft Manufacturing Industries Corporation”a (HESA) sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, Aİ iddia edir ki, Rusiya Ukraynadakı münaqişədə İran PUA-larından istifadə edir. Ona görə də onların istehsalçısının sanksiyalar siyahısına daxil edilməsini zəruri hesab edir.
“Hərbi və mülki təyyarələrin, eyni zamanda pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış HESA şirkətinin İranda istehsal etdiyi PUA-lar Rusiya tərəfindən istifadə olunur. Bu səbəbdən də şirkətin sanksiya siyahısına daxil edilməsi barədə qərar verilib. Qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edildiyi gündən qüvvəyə minir”, – məlumatda deyilir.
Qeyd edək ki, Qərb ölkələri, o cümlədən Kiyev Rusiyanı Ukrayna ərazisinə hücumlarda İran PUA-larından istifadədə ittiham edir.
Azpost.info