Aİ Kiyevin təhlükəsizlik öhdəlikləri ilə bağlı razılığa gəlib

Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi layihəsinin ilkin variantını razılaşdırıb.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri yazıb.

Hazırda Kiyevlə 11 səhifəlik sənədin şərtləri müzakirə olunur. Bununla belə, saziş Aİ əsgərlərinin hərbi əməliyyatlarda birbaşa iştirakını nəzərdə tutmur.

Bu zəmanətlər Ukrayna Avropa İttifaqına və NATO-ya daxil olana qədər qüvvədə olacaq. Söhbət dövlətə siyasi, hərbi və iqtisadi yardımdan gedir.

Aİ həmçinin Kiyevə qarşı təcavüz olarsa, onunla məsləhətləşmələr aparmağı öhdəsinə götürür. Ukraynanın iyulun əvvəlindən gec olmayaraq bu zəmanətləri alacağı gözlənilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.