Aİ lideri Serbiyanı üzvlük üçün Rusiyaya qarşı sanksiyalara riayət etməyə çağırıb

Serbiya Avropa İttifaqına üzvlüklə bağlı “dəqiq addımlar atmalıdır” və qanunun aliliyinə hörmət, seçki islahatları, media azadlığı və Rusiya əleyhinə sanksiyalara riayət olunmasını təmin etməlidir.

Bunu Serbiyada səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib.

“Xarici siyasətimizdə, o cümlədən Rusiya əleyhinə sanksiyalarda daha böyük uyğunlaşmanı görməliyik”, – Von der Leyen Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə birlikdə keçirdiyi mətbuat konfransında qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.