Aİ Moldovaya yardımın həcmini iki dəfə artırdı

Avropa İttifaqı Şurası bugünkü iclasında Moldovaya makroiqtisadi yardımın həcmini iki dəfə – 295 milyon avroya qədər artırmaq barədə qərar qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Şuranın saytında deyilir.

Əvvəllər Aİ tərəfindən Moldovaya verilən kreditlər 150 milyon avro idi.

“Moldova Aİ-yə arxalanmağa davam edə bilər. Biz Moldovanı dəstəkləməyə davam edəcəyik, o cümlədən maliyyə baxımdan”, – İsveçin maliyyə naziri Elizabet Svantesson deyib.

Azpost.info

Əvvəlki məqalə

Daxili Qoşunların hərbçisi təlimdə həlak olub

Sonrakı məqalə

Milli Məclisdə Aİ Şurasının İşçi Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib